İqbal Ağazadə ilə Rauf Arifoğlunun seçki dairəsində qalmaqal

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədlər İqbal Ağazadə ilə Rauf Arifoğlunun səlahiyyətli nümayəndləri arasında qalmaqal baş verib.
"Yeni Sabah” xəbər verir ki, 35 saylı Xətai III seçki dairəsinin 22 saylı məntəqəsinin sədri məhdud sayda məşvərətçi və müşahidəçini məntəqəyə buraxması qarşılıqlı mübahisələrə səbəb olub.
Ümid Partiyasının səlahiyyətli nümayəndəsi müəyyən kvota ilə məntəqəyə məşvərətçi və müşahidəçinin buraxılmasının qanuni əsasının olmadığını bildirib.
Rauf Arifoğlunun səlahiyyətli nümayəndəsi Azər Ayxan isə İqbal Ağazadənin səlahiyyətli nümayəndələri tərəfindən seçki prosesinin pozulduğunu bildirib: "Seçki prosesini pozursunuz. Yerlərdən məlumat alırıq ki, Ümid Partiyasının nümayəndələri seçkini pozmağa çalışırlar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























