"Ölən şəxslərin adlarını bizə verin ki, haqlarında ölçü götürək" - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə münasibət bildirib.
"Report" xəbər verir ki, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib:
"Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir.
Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə qeyri-adi vəziyyət idi, ancaq bu, sizə aid olan məsələ deyil".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























