• $
  • €
  • ₽
  • ₺
  • £

Elza Seyidcahan: “Məni də, bacımı da döydülər” - VİDEO

Elza Seyidcahan: “Məni də, bacımı da döydülər” - VİDEO
10.02.2020 11:02
"Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu.
 
Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır".

Sabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayımda deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq bu sözləri deyib:

"Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incidirlər. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.

Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar.
 
Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm.

Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol