Rauf Arifoğlu son durum haqda açıqlama yaydı: “Gərginlik...”

"Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir”.
O, qeyd edib ki, MSK sədri Məzahir Pənahov mətbuat konfransında bu şikayətlərə həssaslıqla baxılacağını deyib:
"Bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. Ümumilikdə 8 dairə”.
R. Arifoğlu daha sonra əlavə edib ki, seçki onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisə olduğundan gərginlik, çəkişmə, mübahisə gözləniləndir.
"O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm.
Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























