• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük qalmaqal yaşadılar amma deputat oldular

Böyük qalmaqal yaşadılar amma deputat oldular
10.02.2020 14:27
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası mərhələsində seçicilərin sərt etirazı ilə qarşılanan namizədlər də qalib elan edilib. 

Yeniavaz.com Yenisabah.az-a istinadən xəbər verir ki, həmin namizədlər Milli Məclisin köhnə tərkibində təmsil olunan Çingiz Qənizadə, Fəzail Ağamalı, Sahib Alıyev, Elşən Musayev və Sevinc Fətəliyevadır.

80 saylı İmişli-Beyləqan seçki dairəindən üçüncü dəfə namizədliyini irəli sürən və təbliğat mərhələsində seçicilərin bir neçə dəfə etirazı ilə qarşılanan Çingiz Qənizadə 44.6 faiz səslə qalib elan edilib. 

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini dördüncü dəfə namizədliyini irəli sürən və rəqibi Kamil Musəvinin tərəfdarları ilə qarşıdurma yaşayan Fəzail Ağamalı 49.2 faiz səslə qalib elan edilib.

95 saylı Tərtər seçki dairəsindən üçüncü dəfə deputat seçilmək istəyən, lakin seçicilərin sərt təpkisi ilə üzləşən Sahib Aliyev 40.3 faiz səslə qalib elan edilib. 

110 saylı Zaqatala seçki dairəsindən ikinci dəfə namizədliyini irəli sürən, təbliğat dönəmində seçicilərin etiraz ilə qarşılanan, görüşü tərk edən zaman fitə basılan Elşən Musayev 48.4 faiz səslə qalib elan edilib.

30 saylı Suraxanı birinci seçki dairəsindən növbət dəfə namizədliyini irəli sürən Sevinc Fətəliyeva isə seçicilərin etirazları ilə üzləşməsinə baxmayaraq 62.2 faiz səslə qalib elan edilib.

MSK sədri Məzahir Pənahov hələlik bu şəxslərdən yalnız Çingiz Qənizadənin qalib elan olunduğu 80 saylə İmişili-Beyləqan seçki dairəsində qanun pozuntuları ilə bağlı şikayətlərin olduğunu deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol