• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI

Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI
10.02.2020 19:18
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri onu deməyə əsas verir ki, bəzi deputatlar artıq üçüncü dəfə Milli Məclisdə öz yerlərini tutacaqlar.
Oxu.Az təkrar seçilən bir neçə namizədin son üç parlament seçkisində topladıqları səs faizlərini, bu illər ərzində ictimaiyyətin yaxından tanıdığı deputatlara xalqın etimad faizini müqayisə edib:
10 il əvvələ qayıdıb seçki nəticələrinə nəzər salaq.

Belə ki, 2010-cu ildə respublika üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 4 milyon 928 min 594 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 442 min 365 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyası təşkil olunub. Yekunda 46 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Ümumilikdə 2010-cu ildə seçkilərdə 33 partiya və 690 namizəd iştirak edib.
Beş il sonra, yəni 2015-ci ildə keçirilən növbəti parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 211 min 765 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 894 min 515 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyaları təşkil olunub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş 58 seçki məntəqəsi müəyyən edilib. Ümumilikdə 2015-ci ildə seçkilərdə 769 namizəd iştirak edib. 
2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 329 min 460 nəfər olub. Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Ümumilikdə, 2020-ci ildə seçkilərdə 2431 nəfər namizədliyini irəli sürüb. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən seçki gününə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK tərəfindən isə iki nəfərin deputatlığa namizədliyini ləğv edilib. Yekun olaraq parlament seçkilərində 1314 nəfər deputatlığa namizəd mübarizə aparıb.
2010-cu il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 51.89%        
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 76.23%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 82.89%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 50.87%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 82.56%
99 saylı Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 66.32%
116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 78.61%
33 saylı Xətai Birinci Seçki dairəsi - Mirələmov Hüseynbala Fazil - 65.33%
20 saylı Nərimanov İkinci Seçki dairəsi - Əliyev Adil Abış - 62.17%
10 saylı Binəqədi Üçüncü Seçki dairəsi - Musayev Madər Əliəsgər - 76.51%
74 saylı Lənkəran Kənd Seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.28%
2015-ci il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 53.4%          
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 74.7%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 71.8%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 69.2%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 84.2%
99 Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 74.8%
116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 80.6%
33 saylı Xətai Birinci seçki dairəsi - Mirələmov Hüseynbala - Fazil - 70,8%
20 saylı Nərimanov ikinci seçki dairəsi - Əliyev Adil Abış - 65,6%
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər - 78,1%
74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.3%
2020-ci il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 47.6%          
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 45.8%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 69.6%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 49.2%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 67.7%
99 saylı Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 56.9%
116 saylı Qəbələ seçki dairəsi - Heydərov Fəttah Səməd - 75.5% 
33 saylı Xətai birinci seçki dairəsi - Mirələmov Hüseynbala Fazil - 47.1%
20 saylı Nərimanov İkinci Seçki dairəsi - Əliyev Adil Abış - 60%
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər - 64.6%
74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa - 53.4%

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol