Parlament seçkilərinə onlar "nöqtə" qoyacaq - ADLAR

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Sona Salmanova isə Konstitusiya Məhkəməsinin sədr müavinidir.
Qeyd edək ki, qanunvericiliyə görə, yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























