Hadi Rəcəbli danışdı: "Heç nə deyə bilmərəm"

Hadi Rəcəblinin namizəd olduğu 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlər yayılıb.
Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hadi Rəcəbli son qərarı Mərkəzi Seçki Komissiyasının verəcəyini bildirib:
"Yazılanlardan mənim də xəbərim var. Seçkilərin gedişatı ilə bağlı heç nə deyə bilmərəm.
Qərar MSK-dan asılıdır. Qanunvericiliyə görə, 10 gün müddətində Mərkəzi Seçki Komissiyası məsələyə münasibət bildirməlidir.
Allaha pənah. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























