• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkilərə görə akkreditasiyası ləğv edilən Aygün Attar: “ATƏT tərəfsiz olmalı idi” - VİDEO

Seçkilərə görə akkreditasiyası ləğv edilən Aygün Attar: “ATƏT tərəfsiz olmalı idi” - VİDEO
14.02.2020 13:21
Milli Məclisə seçkilərlə əlaqədar beynəlxalq müşahidəçi kimi akkreditasiyası ləğv edilən Aygün Attar REAL TV-yə müsahibə verib. 

O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) qərəzli mövqeyindan çox narahat olub.

"Mən bunu yazılı şəkildə ATƏT-in müşahidə missiyasının rəhbərinə bildirdim. Həqiqətləri elmi-nəzəri və sənədli şəkildə ifadə etdiyim üçün narahat oldular”, - deyə A.Attar qeyd edib.

O, ATƏT-in vəzifələrini xatırladıb:

"Mən deyirdim ki, ATƏT öz vəzifəsini icra etməlidir. Bunu iki paraqrafda yazdım. ATƏT-in tərəfsiz olması lazım idi, amma tərəf tuturdu. Dedim ki, radikal və müxalif fikirləri həqiqət kimi təqdim edə bilməz. Onu da bildirdim ki, Azərbaycanın daxili siyasəti və xüsusilə etnik kimliklərlə bağlı bir söz deyə bilməz. Mən bunları maddə-maddə yazdım”.

A.Attarın sözlərinə görə, ATƏT-in müşahidə missiyasına xatırladıb ki, bütün beynəlxalq müşahidəçilər Azərbaycan xalqının seçiminə hörmət etməlidir, yönləndirməli deyil.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında ATƏT DTİHB-in müşahidə missiyasının müraciətinə baxılıb.

Müraciətə əsasən, Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçi Aygün Attarın akkreditasiyasını ləğv edilib.

Qeyd edək ki, A.Attar ATƏT-in qısamüddətli müşahidəçisi idi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol