• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusunda mühüm YENİLİK

Azərbaycan ordusunda mühüm YENİLİK
01.08.2014 18:35

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində monitorinq keçiriblər.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, bir müddət əvvəl Hərbi Polis İdarəsinə yeni rəis təyin olunub: “Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik-leytenant Azad Ağayevlə görüşüb, söhbət elədik. Hazırda Hərbi Polis İdarəsinin haupvaxtında 8 əsgər saxlanılır. Onların saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Gün ərzində üç dəfə yeməklə təmin olunurlar, havaya çıxarılırlar. İşgəncə və qeyri-insani rəftarla bağlı faktlar aşkar olunmadı”.

 

E. Behbudov bildirib ki, müdafiə naziri Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmalarının ləğv olunması barədə sərəncam verib: “Mənə bildirdilər ki, nazir Zakir Həsənov zabit və gizirlərin inzibati qaydada həbs olunmaları barədə qərarı ləğv edib. Yəni zabit və gizirlər inzibati qaydada həbs olunmayacaqlar. Lakin hansısa bir cinayət faktı aşkar olunsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eyni zamanda Zakir Həsənov post patrul xidmət əməkdaşları tərəfindən əsgərlərin yerli-yersiz həbs olunmamaları barədə də göstəriş verib. Bəzən məzuniyyətə gələn əsgəri tutub aparırdılar və müəyyən problemlər yaranırdı. Bundan sonra belə hallar baş verməyəcək. Mən bir hüquq müdafiəçisi kimi bu qərarları dəstəkləyirəm. Onu da qeyd edim ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan bizim komitəyə hərbi hissələrlə bağlı heç bir şikayət daxil olmayıb. Ancaq əvvəllər belə şikayətlər çox olurdu”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol