• $
  • €
  • ₽
  • ₺
  • £

İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək

İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək
29.05.2020 01:33
 Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Bundan əlavə, bir sıra seçki dairəsi ilə bağlı daxil olan şikayətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. Onların arasında 78 saylı Lerik seçki dairəsi də var.


Hokm.az xəbər verir ki, 78 saylı Lerik seçki dairəsi 9 fevral tarixində və ondan əvvəl seçki saxtakarlığının, qanun pozuntularının müşahidə olunduğu dairələr sırasında ilk pillərdə gəlir. Seçkinin gedişi müddətində bu seçki dairəsindən qeydə alınan 6 namizəd birgə bəyanatla çıxış edərək, Lerikdə yerli icra struktuları tərəfindən seçkilərə müdaxilə edildiyi, seçkilərin nəticələrinin İqbal Məmmədovun xeyrinə saxtalaşdırılması üçün hazırlıq getdiyini bəyan etmişdirlər. Onlar icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyev tərəfindən vətəndaşların sərbəst seçiminə təzyiq göstərildiyi, xalq tərəfindən etimad görməyən İqbal Məmmədov üçün görüşlərin inzibati resusrslar hesabına təşkil edildiyini bildirmişdilər.

Namizədlər 9 fevral seçkilər günündə də ictimaiyyətə və ölkə rəhbərliyinə müraciət edərək, Lerikdə seçkilərin total şəkildə İqbal Məmmədovun xeyrinə saxtalaşdırıldığını diqqətə çatdırmışdılar. Seçkilərdən sonra namizədlər yeindən bir araya gələrək bu seçkilərin Lerik əhalisinin iradəsini ifadə etmədiyini bəyan edərək, nəticələri tanımaqdan imtina ediblər. Namizədlər müvafiq şikayətlə həm ölkə rəhbərliyinə, həm də MSK-ya şikayət ediblər.

Bütün bunlara baxmayaraq, Milli Məclisin ən qalmaqallı deputatlarından sayılan, övladı və yaxın qohumları dövlət məmurlarına əl qaldıran, külli miqdarda vergidə yayınan İqbal Məmmədov hələ seçkilərin ilkin nəticələri açıqlanmadan öncə 9 fevral saat 19.15 radələrində Lerikin mərkəzində "qələbə”sini bayram edərək, atəşfəşanlıq keçirib. 10 fevral tarixində isə İ.Məmmədovun qələbəsinin "memarı” olan icra başçısı Rövşən Bağırovla birgə rayon mərkəzində insanları toplayaraq, poz veriblər. Rəsmi nəticələr gözlənilmədən namizəd İqbal Məmmədovun şərəfinə qurbanlar kəsilib. ( https://www.facebook.com/100006566802005/videos/2579210312307837/UzpfSTEwMDAxOTcyNzIzMDc2Njo0NzAzNjAxNDM2MzE1NTY/)

Hətta 9 fevral tarixində səhər saatlarında seçkilər hələ davam edərkən İ.Məmmədovun qardaşı oğlu Nəriman Nərimanlı deputatın öz profilindən Facebook-da canlı yayım edərkən, Məmmədovun tərəfdarları onu deputat elan edərək, artıq seçildiyini iddia ediblər.

Məlumatlı mənbələr isə deyir ki, İqbal Məmmədov vaxtından tez sevinib və bayram edib. Onun bu davranışları, eyni zamanda Lerikdəki biabırçı seçki saxtakarlıqları ölkə rəhbərliyinə məruz edilib. İqbal Məmmədovun mandatının ya MSK tərəfindən, ya da Konstitusiya Məhkəməsi mərhələsində ləğv ediləcək.Editor.az




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol