“Reuters”: AKP-də kütləvi istefalar başlayacaq

Türkiyənin keçmiş Baş nazir köməkçisi Əli Babacanın qurduğu yeni partiya səbəbilə AKP-də istefaların başlayacağı bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir təqdimatı gözlənilən Babacanın qurduğu partiya barədə yeni məlumatlar yayılıb.
"Reuters"in xəbərinə görə, yaxın günlərdə Babacanın partiyasına qoşulmaq üçün AKP-nin çox sayda üzvü istefa verəcək. Babacana yaxın qaynaqlardan "Reuters"ə verilən məlumatlarda bildirilib ki, partiyanın demək olar ki, bütün işləri tamamlanıb.
Təqdimatının bu vaxta qədər gecikdirilməsinin səbəbi isə partiya barədə bütün detalların incə şəkildə ələ alınması olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























