Aydın Mirzəzadənin dairəsi ilə bağlı - QƏRAR VERİLDİ

MSK üzvü Bəxşeyiş Əsgərov MSK-nın iclasında bildirib ki, 47 saylı Mingəçevir seçki dairəsi üzrə namizəd olmuş Qurbanəli Yusibov və İbrahim Salamov tərəfindən şikayət daxil olub.
Publika.az xəbər verir ki, onların təqdim etdikləri disklərə baxış keçirilib:
"Yalnız 3 videogörüntü seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən halı müşahidə etməyə imkan verib. Burada qutulara topa bülletenlərin atılmasından söhbət gedir. Bunlar 9, 17 və 21 saylı seçki məntəqələridir. Digərlərində ciddi qanun pozuntuları müşahidə edilməyib. Ona görə də bu üç məntəqədə səsvermənin nəticələri etibarsız hesab olunmalıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























