• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur “Ölüf, ölüf” videosunun qəhrəmanı MSK-nın yalanının üzə çıxartdı - MÜSAHİBƏ

Məşhur “Ölüf, ölüf” videosunun qəhrəmanı MSK-nın yalanının üzə çıxartdı - MÜSAHİBƏ
29.05.2020 04:46
"O qadın Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında basdırılıb, bunu kənd bələdiyyəsindən də dəqiqləşdirə bilərsiniz”.

Anews.az Yenicag.az-a istinadən qısa müddətdə trendə çevrilən "Ölüf, ölüf” videosunun əsas fiquru, Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayevlə müsahibəni təqdim edir.

– Ölkədə böyük səs-küy doğuran, hələ də baxılan və müzakirə olunan məlum videoda kiminsə öldüyünü deyirsiniz. Söhbət kimdən gedir?

– Söhbət qardaşımın mərhum həyat yoldaşı Lalayeva Gülnar Namaz qızından gedir. Səsverməyə gedəndə, öz adımı axtaran zaman siyahıda özümün və qardaşımın adının altında onun ölmüş həyat yoldaşının da adını gördüm.

– Gülnar xanım nə zaman vəfat edib?

– Qırxı təzə çıxıb. Seçkiqabağı səsvermə üçün bizə həm də rəhmətə getmiş o xanımın adına bildiriş gətirildi. Mən də bələdiyyə işçisinə o qadının vəfat etdiyini dedim. Onu da dedim ki, ayıbdır, qadının adını siyahıdan çıxarın. O da tez bildirişi aldı və büküb cibinə qoydu. Amma səsvermədə onun adının siyahıda olduğunu gördüm. Oradakı komissiya üzvünün adı səhv etmirəmsə, Firəngiz xanım idi. Ona dedim ki, bu adam ölüb, onun adını siyahıdan çıxarın. "Qardaşım da 20 ildir, Binəqədidə yaşayır, bunun adını bura niyə salmısınız? Həyat yoldaşınınn adını da çıxardın, ölüb bu adam, ölüb” – dedim. "O səndən ötrü ölüb, bizdən ötrü ölməyib” cavabını eşidəndə, artıq özümdən çıxdım. Ölü, ölüdür də, bunun başqa adı yoxdur axı…

– Söhbət hansı kənddən gedir?

– Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi, 5 nömrəli seçki məntəqəsi.

– Ancaq dünən Mərkəzi Seçki Komissiyasında o video müzakirə olunub, MSK üzvləri deyiblər ki, həmin qadın ölməyib, yaşayır…

– Qadın Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında basdırılıb. Bunu kənd bələdiyyəsindən də dəqiqləşdirə bilərsiniz.

– Videodan sonra sizə hər hansı formada təzyiq göstərilib?

– Videodan xəbərim yox idi, belə bir şeyin olduğunu dostumdan öyrəndim. Heç bir təzyiq olmayıb. Bir şeyi də deyim, mən həyat yoldaşımdan boşanmışam. Guya deyirlər ki, mənim orda "ölüb” dediyim keçmiş həyat yoldaşımdır. Amma o, deyil. Söhbət qardaşımın vəfat etmiş keçmiş həyat yoldaşından gedir. Nə qədər də axmaq olasan ki, diriyə ölü deyəsən.

– O qadının ölmədiyini iddia edənlərə sözünüz var?

– Deyirəm ki, utanın, bu qədər yalan olmaz.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol