• $
  • €
  • ₽
  • ₺
  • £

"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ

"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ
28.05.2020 22:18
Salyan rayonundan olan bir qrup iş adamı və yerli sakinlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Neftçalada vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı keçirdiyi əməliyyatı təqdir ediblər. 

Demokrat.az xəbər verir ki, rayon camaatı DTX-nın bu cür əməliyyatlar keçirməsini alqışlayıb.

Həmçinin, sakinlər qeyd ediblər ki, Salyanın sabiq icra başçısı Tahir Kərimov da dövlət tərəfindən ciddi yoxlanılmalıdır. 

Sakinlərin sözlərinə görə, Tahir Kərimov Salyanın icra başçısı işlədiyi dövrlərdə korrupsioner əməllərinə görə heç də İsmayıl Vəliyevdən geri qalmayıb. 

"Əslən Salyandan olan və bir neçə il əvvəl cənab Prezident İlham Əliyevin iş adamlarına etdiyi çağırışlarına cavab verərərək, bu rayona investisiya qoymaq istəyən onlarla sahibkara Tahir Kərimov divan tutub, onların ölkədən geri qayıtmasına səbəb olub.
 
Onun Salyana rəhbərlik etdiyi illərdə rayonda iş adamları, sakinlər rahat nəfəs ala bilmirdilər. Halal yolla pul qazanan sahibkarlardan Tahir Kərimov rüşvət tələb edirdi, insanlar onun qanunsuz əməllərindən bezmişdilər. Cənab Prezidentimiz sağ olsun, şikayətlərimizi eşidib onu vəzifədə saxlamadı.
 
Hər kəs əmin olsun ki, bu gün Tahir Kərimovun da İsmayıl Vəliyev kimi qanun qarşısına çıxarılaraq cəzalandırılması əksər Salyan sakinlərinin ürəyincə olardı. Çünki vəzifədə olarkən onun törətdiyi qanunsuz əməlləri İsmayıl Vəliyevdən heç də az deyil. O da digərləri kimi qanun qarşısında cavab verməlidir", - deyə sakinlər əlavə ediblər.  

Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol