• $
  • €
  • ₽
  • ₺
  • £

”Əlibəyli hücumunun arxasında rus genareliteti dayanır” – ŞOK

”Əlibəyli hücumunun arxasında rus genareliteti dayanır” – ŞOK
01.08.2014 00:19
“Ermənistanın son günlərdəki aktivliyini tam olaraq Rusiya rəhbərliyinin siyasəti ilə bağlamaq doğru olmazdı”.
 
Bu sözləri  politoloq Qabil Hüseynli son günlər cəbhədə Ermənistanın yenidən aktivləşməsini şərh edərkən söyləyib.
 
O, artıq müəyyən hadisələrin Putinin nəzarətindən çıxdığını bildirib:
 
“Rusiya hakimiyyəti bir qoldan ibarət deyil. Burada təxminən 7-8 qol var. Onların daxilinə hərbi-sənaye kompleksinin nümayəndələri, dərin dövlət və digərləri aid edilə bilər. Mən güman etmirəm ki, bunlar Putinin nəzarətindədir. Bu gün rus elitasının tərkibində bəzi qruplaşmalar var ki, onlar Putinin nəzarətindən çıxıblar. Məhz onlar Cənubi Qafqazda meydanı qızışdırmaq istəyirlər. Mən dəqiq deyə bilmərəm ki, Putinin burada əli var. Amma bilinən bir şey var ki, bu, hərbi-sənaye kompleksinə daxil olan generalların marağındadır. Çünki bununla silah satışını artırmaq, üstəlik hakimiyyətlərə təsir etmək imkanları artır. Digər tərəfdən isə onlar Ukraynada olan savaşı Cənubi Qafqaza yönəldib Ermənistana yardım etmək istəyirlər. Azərbaycan Rusiya ilə böyük silah sazişi imzalamaq niyyətindədir. Bu, artıq Bakının qüdrətindən xəbər verir. Rusiyanın müəyyən siyasi dairələri İrəvanla əlbir olaraq bölgədə lokal savaş yaratmaq fikrindədirlər. Bu lokal savaş yaranarsa, KTMT-nin mexanizmi dərhal işə düşəcək. Əgər bu, başlasa, o zaman indi olduğu kimi həm Ermənistan, həm də Rusiya mətbuatı ilk hücum edən tərəfin Azərbaycan olduğunu ictimai rəyə yeridə biləcək. Belə olan təqdirdə İrəvanın arxasında dayanan həmin qrup KTMT-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edəcək. Ermənilərin aktivliyinin əsas səbəbi də məhz bu prosesin həyata keçirilməsi və başda Rusiya olmaqla KTMT-nin bölgədə aktivləşməsindən ibarətdir. Bununla da Moskvanın Qafqazda hadisələrə müdaxiləsi üçün geniş imkan yaranacaq”./Axar.Az/
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol