• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir

Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir
29.05.2020 01:19
Mərkəzi Seçki Komissiyası saxtakarlığa yol verilmiş məntəqələrin nəticələrini ləğv etsə də, bunun ümumi prosesə təsir göstərməyəcəyi heç kimə sirr deyil.

"Yeni Sabah" xəbər verir ki, Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın bu həftənin sonuna kimi yekun protokolları təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərməsi gözlənilir. Siyasi analitiklər ən gec aprel ayının əvvəllərində Milli Məclisin yeni tərkibdə ilk iclasının keçiriləcəyini proqnozlaşdırırlar.

Hazırda siyasi kluarlarda yeni spikerin kimliyilə bağlı məsələ ciddi müzakirə mövzusu olaraq qalır. Keçmiş spiker Oqtay Əsədovun yenidən öz postuna qayıtması inandırıcı görünmür. Əsədovla bağlı bir müddət əvvəl Rusiya mətbuatında yayılan xəbərlər onun şansını minimuma endirib.
 
Sabiq spikerin səhhətində yaranmış problemlər bu versiyanı bir qədər də qüvvətləndirir. Təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə bir dəfə də olsun canlı təmasa meyl göstərməyən Əsədovun siyasi karyerasını deputat mandatı ilə başa vuracağı ehtimal olunur.

Bəs, yeni spiker kim olacaq? Hakimiyyətin yüksək ranqlı fiqurlarından sayılan Oqtay Əsədovu növbəti beşillikdə kim əvəzləyəcək? Müşahidəçilər bu posta real namizədlər sırasında sabiq vitse-spiker Ziyafət Əsgərovun adını daha çox hallandırırlar. Milli Məclisdə çoxillik staja malik olan Əsgərovun "mətbəxinə" yaxşı bələd olduğu qanunverici orqanın başına keçəcəyi istisna olunmur. Hüquq professorunun bu posta yiyələnməsi üçün ciddi maneənin olmadığı bildirilir.
Analitiklər isə hesab edirlər ki, Ziyafət Əsgərovun regional mənsubiyyəti onun şansını yarıya endirir.
 
Onların qənaətinə görə, 1963-cü ildə Naxçıvanda doğulan Əsgərovun bu vəzifəyə seçilməsi hakimiyyətdəki qüvvələr nisbətini dəyişə bilər. Baş nazirin əslən Naxçıvandan olması bu ehtimalı daha da qüvvətləndirir. Odur ki, parlament sədrinin də eyni regiondan olması inandırıcı görünmür.

Spiker postuna iddialılar sırasında akademik Əhliman Əmiraslanovun da adı hallanır. Hətta bəzi müşahidəçilər Əmiraslanovun ölkənin dördüncü adamı olacağına real yanaşırlar. Onların fikrincə, regional mənsubiyyəti Əhliman Əmiraslanovun şansını xeyli artırır. Oqtay Əsədovun da, mərhum Murtuz Ələsgərovun da əslən Qərbi Azərbaycandan olduğunu önə sürən analitiklər bu postun sözügedən bölgədən olan şəxslərin "boyuna biçildiyini" iddia edirlər. Əhliman Əmiraslanovu Milli Məclisin sədri seçdirməklə hakimiyyətin qüvvələr nisbətini qoruyacağı ən çox səslənən versiyalar sırasındadır.

Hakimiyyətin gəncləşmə siyasətinə sadiq qalaraq, spiker postunu müsbət reputasiyaya malik olan gənc deputatlardan birinə həvalə edəcəyi də istisna olunmur...


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol