ABŞ səfirliyindən viza açıqlaması

ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsində yaranmış problemlə əlaqədar məlumat yayıb.APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində yer alan məlumatda deyilir ki, ABŞ Dövlət departamentində viza sistemi ilə bağlı problemlər yaranıb. Qeyd edilir ki, qlobal miqyaslı əməliyyatlara təsir edən problem ayrı-ayrı ölkələrə deyil, bütün dünya ölkələrinə təsir göstərir. «Biz yaranmış narahatlığa görə təəssüf edirik. Pasportları vaxtında qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, problemin nə vaxtadək davam edəcəyini bilmirik. İstisna kimi xüsusi hallar nəzərdən keçiriləcək”, - deyə məlumatda vurğulanıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























