• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məmur həbs edildi

Azərbaycanda məmur həbs edildi
29.02.2020 19:30
Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik vasitə və avtomat silahının güllələri çıxıb.

Anews.az-ın xəbərinə görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, "Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefondan zəng edərək Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsi ilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman  ağır narkotik vasitə hesab olunan heroin və 4 ədəd avtomat silahının gülləsi ilə üzləşib”.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.

Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı ordan üç ədəd torbada olmaqla ümumi çəkisi 3, 780 qram heroin və bir ədəd kağız bükülüdə 4 ədəd avtomat silahının güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində CM-nin 234.1 və 228.1-ci  maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

Həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru işləyib. Bir-neçə gün əvvəl isə o tutduğu vəzifədən azad edilib.APA
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol