Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı

"Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.
Anews.az-ın məlumatına görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
Qərarla siyahıya 107-ci hissə əlavə edilib.
Bununla da "Entivio”, "Vedolizumab”, "Takeda Pharma A/S” nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri siyahısına əlavə olunub.
Qərarın icrasına nəzarət Səhiyyə nazirinin müavini Elsevər Ağayevə həvalə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























