• $
  • €
  • ₽
  • ₺
  • £

BŞİH-də bağçalarla bağlı təcili müşavirə

BŞİH-də bağçalarla bağlı təcili müşavirə
02.03.2020 15:51
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, layihəni həyata keçirən mütəxəssislər, mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli seminar-müşavirə keçirilib.
 
Anews.az-ın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışmış, paytaxtın məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda  şəffaflığın  təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların  qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdığını bildirmişdir. Valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcəkdir.

Hazırki layihənin ikinci mərhələsində isə istifadəçinin "Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə  edə biləcəklər. Şəxsi "Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr  sadələşəcəkdir. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Tədbir zamanı eləcə də Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış manitorinqlərin nəticələri  müzakirə edilmiş, bu sahədə vəziyyət ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilmişdir. Bununla belə yoxlamalar zamanı bəzi çatışmazlıqlar aşkar edilmiş və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilmişdir.

Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklər də hazırlandığı bildirilmişdir.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol