Korrupsiya İdarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi

Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.
Yenisabah.az xəbər verir ki, dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb.
Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.
"Abşeron Rayon Məhkəməsi mənim iddiamı təmin etmişdi. Amma Rafael Cəbrayılov apellyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədi. Buna baxmayaraq, Rafael Cəbrayılov borcunu ödəməyəcəyinə eyham vurur”, - deyə Təranə Fətəliyeva bildirib.
Saytın əldə etdiyi başqa bir məlumata görə, artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu işlə maraqlanır. Rafael Cəbrayılovun borclu olduğu şəxslər quruma dəvət edilib və onlardan baş verənlər barədə izahat alınıb. Həmçinin, məlum olur ki, Rafael Cəbrayılov 13 nəfərə ümumilikdə bir milyondan artıq pul borcludur.
Məlumatda qeyd olunur ki, məhkəmə çəkişməsini uduzmasına, barəsində prokurorluğa şikayət edilməsinə baxmayaraq, Rafael Cəbrayılov özünü arxayın aparır. Hətta şikayətçilərə bildirir ki, heç bir şeydən çəkinmir. İddia olunur ki, keçmiş deputat arxayınlığını onlara hakimiyyətdə ciddi dayaqları olması ilə izah edib.
Bu baxımdan, şikayətçilər yaxın vaxtlarda mətbuat konfransı keçirmək və Prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























