Bəxtiyar Hacıyevin piket müraciətinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.
Anews.az xəbər verir ki, cavabda bildirilib ki, namizədlərin təşəbbüs qrupunun martın 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti "Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir:
"Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyəti üzrə müraciət etmək tövsiyə edilir. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























