• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş nazirlə Aslan İsmayılov arasında gərginlik - TƏFƏRRÜAT

Keçmiş nazirlə Aslan İsmayılov arasında gərginlik - TƏFƏRRÜAT
29.05.2020 03:39
Hüquq müdadiəçisi Aslan İsmayılovla keçmiş xarici işlər naziri Tofiq Zülfüqaraov arasında gərginlik yaşanıb.


Anews.az "qafqazinfo”ya istinadla xəbər verir ki, hər iki şəxs bir müddət əvvəl İTV-nin efirində yayımlanan "Diqqət mərkəzi” verilişində qonaq olublar. Verilişdə Sumqayıt hadisələri müzakirə edilib.


Daha sonra T. Zülfüqarov ona etikadankənar hücum edildiyini iddia edib:


"Aslan İsmayılov çox qəribə məntiqi təbliğ edirdi. Guya, Sumqayıt hadisələrini SSRİ-nin DTX yox, ancaq Qriqoryan və hansısa Azərittifaqın ermənisi icra edib. Yəni prosesdə ittihamçı olan İsmayılov DTK agentini görmədi və ifşa etmədi. Niyə?”.


Aslan İsmayılov isə feysbukda ona cavab olaraq bildirib ki, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov İctimai TV efirində Sumqayıt hadisələrinin müzakirəsi zamanı aralarında yaranmış fikir mübadiləsini hələ də sinirə bilmir:


"30 ildir bütün müstəvilərdə Sumqayıtla bağlı danışdığıma baxmayaraq hələ də kütləyə hesablanmış çıxışında utanmadan məni ittiham etdi ki, niyə bu günə qədər susubsunuz?! Ancaq öz səbrimə görə ona sərt cavab vermədim ki, Xarici İşlər naziri işləmiş birisinin bu sözləri deməsi, Sumqayıtda baş verənləri bilməməsi ən azından qeyri-ciddi olmaqdır. Qarabağ 30 ildir düşmən tapdağı altındadır, Xarici İşlər naziri işləmiş birisi isə Prezidentin Münhendəki bircə çıxışını Qarabağ məsələsində parlaq qələbə adlandırır. Təəssüf edirəm ki, belə səviyyə sahibi uzun illər ölkəmizi xarici ölkələrdə təmsil edib, hətta Xarici İşlər nazirimiz də olub. Səmimi deyim ki, bu verilişə qədər T.Zülfüqarov haqqında fərqli, dəqiq desəm, müsbət fikirdə idim. Görünür, yanılmışam. Həqiqət isə budur ki, bu günə qədər Xarici İşlər Nazirliyinin xaricdə gördüyü iş ancaq tütün, alkoqol məhsullarının və qara kürümüzün qaçaqmalçılığı, ziyafətlərdə, kef məclislərində yeyib-içmək olub. Əminəm ki, bunu ölkədə hamı, xüsusilə dövlət qurumlarında çalışanlar yaxşı bilir. Bu günə qədər, 30 il ərzində xarici siyasətdə, Qarabağ probleminin həllində gördükləri iş isə göz qabağındadır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol