• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhə bölgəsində qəzalı ev sahibindən - ŞİKAYƏT

Cəbhə bölgəsində qəzalı ev sahibindən - ŞİKAYƏT
10.03.2020 17:15
Tərtər rayonu Qapanlı kənd sakini aprel döyüşləri zamanı evlərinə dəymiş ziyanın aradan qaldırılmamasından şikayət edir.

Anews.az-a şikayət edən Əli Hüseynov bildirir ki, onların və ətrafdakı bir necə evə aprel döyüşlərində artileriya zərbəsi nəticəsində ziyan dəyib. Evləri cəbhə xəttindən 200 metr aralıda Tərtərin Qapanlı kəndində yerləşir. Aprel döyüşləri hadisələrindən 4 ildən çox vaxt keçməsinə və etdikləri müraciətlərə baxmayaraq evləri hələ də qəzalı vəziyyətdə qalıb. 
 
Şikayətçinin sözlərinə görə: "2016-cı il  "Aprel döyüşləri" hadisələrdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttində  yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Ölkə başçısı cənab  Prezident İlham Əliyev, biz kənd sakinləri ilə danışıqı zamanı  dedi ki,bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq. Aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq.
 
Prezident İlham Əliyev cənablarına məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.  Bu zərər görmüş evlərin siyahısında   bizim ev də var idi. Tərtər Rayonun Fövqəladə Hallar Komissiyası evə baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Bizim ailəyə tezliklə kənddən kənarda ev tikiləcəyi yaxud evin   təmir olunacağı vəd olunub. Ancaq bizim ailəyə nə sığınacaq verilib nə ev tikilib nə də ki, təmir olunub. Bizə maraqlıdır ki, ölkə başçısının Tərtər rayon icra hakimiyyətinə ayırdığı 3 milyon manatın aqibəti necə oldu?” 
 
 Məsələ ilə bağlı Tərtər rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin şöbə müdiri anews.az-a açıqlmasında bildirdi ki,  "Qapanlı kəndində zərər dəymiş evlər Dövlət Komissiyası tərəfindən araşdırılıb müəyyən olunub. Buna görə də dövlət başçısı vəsait ayırıb. Ayrılmış vəsait hesabına da zərər çəkmiş bütün evlər hamısı bərpa olunub. Sonradan bizə yazan şikayətlər qəbul olunmur. Çünki bunların bəziləri daha köhnədən ziyan görüb, bəziləri kərpicdən tikilib. Bir sözlə o evlər müharibə yarası deyil. Evlərin özü pis vəziyyətdədir. Biz yanlız müharibə zamanı qəlpə dəyən evləri təmir etmişik. Əslində təmirlə bağlı bizə xeyli müraciət daxil olur. Biz onlara cavab olaraq bildirirok ki, sizin eviniz müharibədən ziyan görməyib. Əgər həmin evləri Fövqəlada Hallar Nazirliyi yararsız bilirsə, evdə yaşamağı yararsız hesab edirsə bu zaman FHN həmin evi özü təmir etdirməlidir.  İcra hakimiyyətinin o evləri təmir etməyə vəsaiti yoxdur. Biz ildə bir dəfə Fövqəlada Hallar Nazirliyinə, Nazirlər kabinetinə, digər qurumlara müraciət edirik ki, belə evlər bizdə çoxdur. Bu evlər üçün vəsait ayırmalıdır ki, icra da insanlara kömək etsin. Əks halda bizim o evləri bərpa etməyə pulumuz yoxdur" - deyə o bildirib. 
 




www.anews.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol