Deputatın oğlu məhkəməyə verildi - Bir milyon dollar istənilir

Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.
Qafqazinfo-nun məlumatına görə, A.Əmiraslanova məxsus "Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb.
O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları həcmində borc ödəməli olduğunu bildirib.
Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























