• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub

Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub
17.03.2020 13:31
Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub.

Anews.az xəbər verir ki, Türkiyə mənbələrindən AzToday.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında keçirilən məhkəmədə iki nəfər Mənsimovun üzünə durub. Belə ki, zamanında Mənsimovun sahib olduğu "Palmali” Şirkətlər Qrupundan etdiyi oğurluğa görə, işdən qovulan Alaatdin Aykaç və Fatih Berber iş adamının əleyhinə ifadə veriblər.


Mənsimovun əleyhinə ifadə verən şəxslər barəsində Türkiyənin "Hüriyyet” qəzetinin 2016-cı ildə yaydığı məlumatda bildirilirdi:


Azərbaycanlı iş adamı Mübariz Mənsimov hüquqi yollara baş vurduqdan sonra şirkəti "Palmali”yə aid olan 4 gəmisini geri ala bilib. Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.


Qəzetin "Mübariz Mənsimov eski CEO” un peşini bırakmıyor” manşetli yazısında verilən məlumata görə, "Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib.


Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, azərbaycanlı iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.


Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, "Palmali”dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub.


Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək”.


Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqə qurmaqda ittiham olunur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol