• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların yaşadığı rayonları karantinə aldılar: hərbiçilər yerləşdirildi - VİDEO

Azərbaycanlıların yaşadığı rayonları karantinə aldılar: hərbiçilər yerləşdirildi - VİDEO
29.05.2020 11:15
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib,  bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir.
 
Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa həkimlərin protokoluna əsasən rayon sakinlərinə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələri üçün imkan yaradılacağı qeyd olunub.



Baş nazir bildirib ki, Marneulidə yoluxma təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib,  bu isə  artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir. 

"Epidemoloqlara görə, yoluxma onlarla insanın iştirak etdiyi ritual zamanı baş verib. Biz artıq onunla təmasda olan 90 nəfəri müəyyən etmişik, ancaq bu heç bir məna ifadə etmir, vəziyyət çətindir. Bu, artıq daxili yoluxmaların qeydə alınmasıdır. Hər zaman bu mərhələyə hazır olmağa çalışırdıq. Bununla belə, bütün hazırlıqlara baxmayaraq vəziyyət çox çətindir”, - deyə G. Qaxaria bildirib. 

Həmin rayonlarda sərt karantin vəziyyətinin idarə edilməsi isə Baş nazirin müşaviri Sozar Subariyə tapşırılıb. 

Hökümətin qərarından sonra karantin elan olunan rayonlarda  hərbi texnikalar, habelə çadır və xüsusi texnika yüklənmiş onlarla nəqliyyat vasitəsi yerləşdirilib.

Ölkənin Müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən Müdafiə Nazirliyi sərt karantin rejimində koronavirusun yayılma riskinin azaldılması məqsədi ilə Marneuli və Bolnisidə profilaktik tədbirlərin görülməsi prosesində iştirak edəcək. Bundan başqa hərbi bölmələr Bolnisi və Marneulidə  xüsusi buraxılış məntəqələrinin mühafizəsini təşkil edəcək. 

Qeyd edək ki, ötən gün Marneuli rayonunda 54 yaşlı azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqlənib. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol