Azərbaycanın bu bölgəsində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.
Anews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.
H.İsgəndərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:
"Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.
Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:
"Amma ümumilikdə yoluxma yoxdur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























