Çexiya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma prezident və parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
"Çexiya ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir, münaqişə ilə əlaqəli bütün tərəfləri sülh prosesini davam etdirməyə çağırır və BMT Baş katibinin 23 mart 2020-ci il tarixli qlobal atəşkəsə çağırışını dəstəkləyir”, - bəyanatda deyilir.
www.anews.az
"Report” xəbər verir ki, bəyanatda Çexiyanın martın 31-də baş tutmuş qondarma seçkilərin konstitusiya və hüquqi bazasını tanımadığı qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























