• $
  • €
  • ₽
  • ₺
  • £

İsveç XİN rəhbərinin Azərbaycan əleyhinə etdiyi çıxışa etiraz

İsveç XİN rəhbərinin Azərbaycan əleyhinə etdiyi çıxışa etiraz
23.07.2014 20:15
İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti İsveç xarici işlər naziri Karl Bildtə ünvanladığı məktubu ölkənin xarici siyasət idarəsinə təqdim edib.Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.Məktubda İsveçdə yaşayan azərbaycanlıların Atlantik Şuranın Vaşinqtonda keçirilmiş iclasında İsveçin xarici işlər naziri K. Bildtin Azərbaycan hakimiyyətini avtoritar rejim qurmaqda günahlandırmasından narahatlıq və təəssüf hissi keçirdiyi ifadə olunub: “Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi bu və ya digər məsələlərə yüksək həssaslıqla yanaşılan bir ölkəyə qarşı ünvanlanan belə sensasiyalı bəyanatı həqiqətə uyğun hesab etmirik”.Etiraz məktubunda həmçinin qeyd olunur ki, qloballaşan dünyada hakimiyyət tərəfindən həyata keçirilmiş uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, o cümlədən beynəlxalq arenada öz sözünü deməyə qadir bir ölkəyə çevrilib: “Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan Avropa ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlət rolu oynayır”.İsveç xarici işlər nazirinə ünvanlanan müraciətdə Azərbaycanda vətəndaşlar, siyasi partiyaların fəaliyyəti üçün yaradılmış mühit, azad internetin, medianın mövcudluğu xüsusi vurğulanır: “Bu gün güclü  demokratik təsisatların qurulması, mətbuat azadlığının təmin olunması, demokratik cəmiyyətin formalaşması üçün hər cür şərait yaradılıb. Son on ildə Azərbaycan bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi baxımdan digər dövlətlərə örnək ola bilər”.K. Bildtin Azərbaycana dair kəskin çıxışının  buradakı  real vəziyyəti əks etdirmədiyini düşünən İsveç azərbaycanlıları hesab edir ki, belə bəyanatlar ölkələr arasında qarşılıqlı əlaqələrin və siyasi münasibətlərin xarakterinə uyğun deyil. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol