• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyəti Kamil Zeynallıya cavab verdi - VİDEO

İcra Hakimiyyəti Kamil Zeynallıya cavab verdi - VİDEO
29.05.2020 11:33
Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, son zamanlar "COVID-19” virusunun yayılmasını əsas tutaraq bəzi "xeyriyyəçilər” digər mənbələrdən bəhrələnərək yardım və köməklik adı altında özlərinə divident qazanmağa çalışırlar:

"Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşıb. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunub, yaranmış borclar ödənilib. Həmin ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Şaharovlar ailəsinin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış "Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin ediliblər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərib. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir”.

İcra Hakimiyyətindən vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən yerlərdə aztəminatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir:

"O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilib, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik təlabat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər göstərilməkdədir”.

İcra Hakimiyyəti sözügedən ailə bağlı məlumatları sosial şəbəkədə yayan Kamil Zeynallının ittihamlarına cavab verib:

"Özünü "xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.
 
Kamil Zeynallının icra hakimiyyətinə ünvanladığı ittihamla aşağıdakı videomaterialda tanış ola bilərsiz: 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol