Dərslər nə vaxt başlayacaq? - RƏSMİ

Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.
Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb.
www.anews.az
Nazir AzTV-nin "Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.
Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir:
"Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.
C.Bayramov hesab edir ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə ictimaiyyətə məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























