• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev karantini Göyçayda keçirir - Ziya Məmmədovla birgə...

Ramiz Mehdiyev karantini Göyçayda keçirir - Ziya Məmmədovla birgə...
29.05.2020 11:07
Koronavirus pandemiyası yaşından, cəmiyyətdəki mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəsi karantin tədbirlərinə riayət etməyə, özünütəcridlə bağlı addımlar atmağa vadar edir.


Lakin paytaxt Bakıda bu tədbirlərə lazımınca riayət edərək, izolyasiyanı maksimum darəcədə təmin etmək kifayət qədər çətindir. Bu səbəbdən bir çox nisbətən imkanlı paytaxt sakinləri karantin dövrünü respublikanın ayrı-ayrı rayon və kəndlərindəki evlərində keçirirlər. Ancaq təbii ki, bu imkan və şərait kifayət qədər məhdud sayda vətəndaşımıza aiddir...


Anews.az xəbər verir ki, "AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın hazırda prezidenti olan Ramiz Mehdiyev də karantin dövrünü paytaxtdan kənarda, təbiətlə təmasda keçirməyə üstünlük verən vətəndaşlarımızdandır.


Belə ki, 82 yaşlı AMEA prezidentinin karantin günlərini Göyçayın Hüngütlü kəndində keçirdiyi bildirilir. Məlumata görə, həmin kənddə Ramiz Mehdiyevin villası var və bu məkan ətrafdan təcrid olunmaq üçün kifayət qədər uyğundur...


Yeri gəlmişkən qeyd edək ki, aprelin 17-də Ramiz Mehdiyevin 82 yaşı tamam olur. Belə görünür ki, AMEA prezidenti ad gününü də bu kənddə qeyd edəcək.


Hüngütlüdə sabiq PA rəhbərilə bərabər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun və Göyçayın sabiq icra başçısı Mübariz Ağayevin də villasının olduğu məlumdur. O da məlum olub ki, onlar da karantini həmin kənddəki villalarında keçirirlər.


Çünki adlarını çəkdiyimiz hər iki sabiq məmurun Hüngütlüdə Ramiz Mehdiyevlə birgə vaxt keçirdikləri qeyd olunur. Hətta bildirilir ki, onlar dünən kəndin yaxınlığındakı gölün ətrafında eyni kampaniyada görünüblər. "Sabiqlər”in göldə balıq tutan kənd sakinlərilə görüşdüyü, hal-əhval etdiyi, söhbətləşdiyi də bildirilir.


Əhalinin kasıb təbəqəsinin çətin duruma düşdüyü və problemin həlli üçün dövlətin bütün imkanlarının səfərbər edildiyi indiki dönəmdə istər akademik Ramiz Mehdiyevin, istərsə də adları çəkilən digər sabiq iri ranqlı məmurların koronavirus pandemiyasından bu şəkildə qorunması və karantini kənddə, məlum şərtlər daxilində keçirməsi yəqin ki, təbii haldır...


Ancaq hər halda, AMEA prezidentini ad günü münasibətilə təbrik etməklə yanaşı, ümid edək ki, bu pandemiya tezliklə bitəcək və qeyd edilən "sabiqlər” karyeralarındakı bir çox keşməkeşli dönəmlər kimi, bu çətinlikdən də sağ-salamat qurtulacaqlar...

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol