İstanbulda azərbaycanlıların etiraz aksiyası

Bakı/16.04.20/Turan: Türkiyədə çalışan bir qrup Azərbaycan vətəndaşı İstanbulda aksiya keçirərək Azərbaycan konsulluğunun dəstəyinin olmamasına etiraz edib.
Aprelin 15-də onlar Baş Konsulluğun binasına gəliblər.
Aksiya iştirakçılarından biri Habil Məmmədov Turan-a bildirib ki, karantin rejiminə görə çalışa bilmirlər.
"Son vəsaitimizi də xərclədik. Mən video yaydıqdan sonra SOCAR ərzaq alınması üçün hər birimizə 200 türk lirəsi (55 manat) yardım ayırdı. Lakin icarə haqqını ödəmədiyimizə görə mənzil sahibləri bizi evdən çıxarırlar. Yüzlərlə insan bu vəziyyətdədir. Əgər konsulluq bizə kömək etməyəcəksə, niyə lazımdır?”, - H.Məmmədov deyib.
Öz növbəsində Azərbaycan səfirliyi bildirib ki, diplomatik missiyada soydaşlarımıza yardım göstərilməsi üzrə təkliflərin üzərində iş gedir.
"Yaxın vaxtlarda qərar qəbul ediləcək. Bu qərara əsasən mənzilin kirayə haqqının ödəilməsi üçün kimə pul veriləcəyi müəyyənləşdiriləcək. Tələbə və bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına üstünlük veriləcək”, - REAL TV səfirliyin nümayəndəsindən sitat gətirib.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vətəndaşlardan müraciətləri qəbul edir, onları öz məlumat bazalarına daxil edir, eyni zamanda məlumatı XİN-ə ötürür, o da öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərir.
Bir aydan çoxdur ki, Türkiyədəki diplomatik nümayəndəliklərdə "qaynar xətt”lər fəaliyyət göstərir ki, buraya çox sayda zəng olur.
Müraciətlərə baxılır, lakin hər kəsə eyni vaxtda kömək etmək mümkün deyil.
"Əgər söhbət mənzil kirayəsi haqqını ödəməkdən gedirsə, mənzillərin sahiblərinə telefon edilir, vəziyyət öyrənilir. Bütün pul köçürmələri qısa müddətdə həyata keçirilə bilməz. Ancaq bir çoxuna artıq yardım göstərilib və iş davam edir”, - L.Abdullayeva bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























