Prezidentdən iki VACİB FƏRMAN

Prezident İlham Əliyev "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Anews.az-ın məlumatına görə, sənədə əsasən, Sosial Tədqiqatlar Mərkəzinin ilkin nizamnamə fondu 100 000 (bir yüz min) manatdan 1 280 338 (bir milyon iki yüz səksən min üç yüz otuz səkkiz) min manata qaldırılıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il dekabrın 17-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərəcək.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib