• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel işğalının 100 ili tamam olur

Aprel işğalının 100 ili tamam olur
29.05.2020 03:56
Bu gün bolşevik Rusiyası tərəfindən Azərbaycanın işğalının 100 ili tamam olur.
 
İndira Qandinin məşhur bir kəlamı var: "Tarix - ən yaxşı müəllimdir. Lakin təəssüflər olsun ki, onun şagirdləri - ən pis şagirdlərdir”. Bu mənada, dünyada öz tarixindən dərs almaq iqtidarında olan çox az sayda xalq var və nə yazıq ki, bizlər hələ onların siyahısına daxil deyilik. Bununla belə, şübhə doğurmur ki, 100 il öncəki qanlı hadisələrin unudulması daha böyük miqyaslı faciələrə gətirib çıxara bilər. Çünki tarixi bilmək, sadəcə onunla qürur duymaq üçün yox, bu gün və ən əsası, sabah edə biləcəyimiz yanlışlardan qurtulmaq üçün vacibdir.
 
Eyni zamanda, unutmayaq ki, üstündən 100 il keçməsinə baxmayaraq, şimaldan da, cənubdan da istiqlalımızı təhdid edən qüvvələr dəyişməz olaraq qalır.

O zaman dünyada və Cənubi Qafqazda yaranan geosiyasi durum Azərbaycanın işğalını qaçılmaz etsə də, bu prosesdə Nərimanov başda olmaqla "sapıözümüzdən olan baltalar” da az rol oynamadılar.

Azərbaycan istiqlalının memarı M.Ə.Rəsulzadə "Azərbaycan cümhuriyyəti" bu haqda yazırdı:

«İşğalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı təntənəli bir istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, «Təzə pir» meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, "Məxsusi bir komision təşkil etdik. Bu komision əski hökumətin fəaliyyətini tədqiq ediyor. Bir kaç gün sonra nəticəyi elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə ediyormuş!”.

Kaç gün deyil, kaç sənə keçdi, o komision bu nəticəyi hələ elan etməmişdir. Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı, deyə ittiham olunan hökumətin bir zərrə belə olsun hüquqi-millətdən əcnəbilərə tərk etdiyini bir Nəriman deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər. Top əndaxtları ilə müftə göndərdikləri petrolun yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə dərəcə kiçildilər, nə qədər alçaldılar. Nəhayət, bu surətlə hasil olan sərvəti də, son nəticədə, məmləkəti istila edən Qızıl ordunun şərəfinə israf etdilər».

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol