Oqtay Şirəliyev onlayn müzakirəyə qoşuldu

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələrinin səhiyyə sektorlarının rəhbərləri COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda onlayn videokonfransda iştirak ediblər.
Yerli vaxtla saat 15:00-da keçirilən onlayn-konfransda səhiyyə rəsmilərindən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktoru Hans Klüqe, Qazaxıstan Respublikasının səhiyyə naziri Eljan Birtanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Sabirjan Abdikarimov, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Fahrettin Koca, Özbəkistan Respublikası səhiyyə naziri Aleşer Şadmanov və Macarıstanın Dövlət səhiyyə katibi (müşahidəçi ölkə) Zoltan Lourens çıxış ediblər.
Müzakirələr zamanı hər bir nümayəndə öz ölkəsində COVİD-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxış edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























