• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR

Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR
29.04.2020 14:18
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar dəyişdirilib.  

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisələrdə, təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyənləşib.  

Xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi 2000, yük avtomobilləri və avtobuslar üçün 1500, Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa) 1500, motosiklet və motorollerlər üçün 500, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 kilometr yürüş həddi müəyyən edilib.

Hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri isə bu siyahıda nəzərdə tutulan hallara aid edilmir.  

Sənədin əvvəlki variantında yazılır ki, işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması Azərbaycanın I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və  icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır.

Baş nazirin yeni qərarı ilə yürüşün aylıq norması Azərbaycanın ali-üçüncü kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və  icra başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılacaq.

Qərarla fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətləri səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

Qərarla, həmçinin, iki nömrəli əlavəyə 71-ci hissə artırılıb. Həmin hissəyə görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də xidməti minik avtomobilləri veriləcək. Bu quruma cəmi üç, aparat üzrə əlavə üç avtomobil veriləcəyi nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol