• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?

Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
04.05.2020 11:57
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan maddələr üzrə təqsiri sübuta yetirilərsə, sabiq icra başçısını hansı cəza gözləyir?

Məsələ ilə bağlı Oxu.Az-ın sualını vəkil Adilə Məmmədova cavablandırıb.

O bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq, cəzaları qismən toplama üsulu ilə birləşdirərsə, M.Quliyev 15 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər:

"Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülən ittihamda vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təkrar rüşvət almaya görə isə əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.3.2-ci maddəsi ilə mənimsəmə külli miqdarda törədildikdə isə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bunlar qismən toplandıqda həmin şəxsi 15 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”.

Xatırladaq ki, aprelin 30-da Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı M.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Anar Tanrıverdiyev M.Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol