• $
  • €
  • ₽
  • ₺
  • £

“DTX-nin həyata keçirdiyi operativ əməliyyat tədbirləri yaxşı bir dərsdir”

“DTX-nin həyata keçirdiyi operativ əməliyyat tədbirləri yaxşı bir dərsdir”
04.05.2020 13:49
"Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.
 
O bildirib ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur:
 
"Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Ancaq bu  hələ məsələnin yalnız bir tərəfidir”.
 
Millət vəkili vurğulayıb ki, sadəcə inzibati metodlarla yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir: "Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrusiyaya qarşı mübarizədə  iştirakçıya çevrilməlidir.
 
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı bu məsləyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun  pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər.
 
İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol