• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət etdi

Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət etdi
29.05.2020 05:55
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa məktubla müraciət edib. 

Anews.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri olaraq, cənabınıza və bütün Amerika xalqına salamlarımı və xeyir-dualarımı yetirirəm.

Uca Yaradanın Lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır.

Dünyamızın çətin sınaqlarla sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla mübarizə ciddi və uğurla aparılır, eyni zamanda, beynəlxalq müstəvidə humanitar yardımlaşmaya, xarici ölkələrə zəruri köməkliklər edilməsinə böyük diqqət verilir. Fəqət bu gün dünya miqyaslı virus fəlakəti zamanında bizimlə qonşu olan İran xalqı ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum qalmış, qocalar və uşaqlar amansız xəstəlik qarşısında ölümə tərk edilmişdir. Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir. Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar.

Zati-aliləri! Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır. Mən ümid edirəm ki, dünya dindarlarının müqəddəs bayramları Pesax və Pasxa dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində Siz şəxsinizə xas olan alicənablıqla müraciətimizə müsbət yanaşacaq, verdiyiniz ali qərarla böyük bir insani fəlakətin aradan qaldırılmasına imza atmış olacaqsınız. Bu, bütün dindarların ümidi və bəşəri sülh üçün etdiyi dualardır!"

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol