• $
  • €
  • ₽
  • ₺
  • £

Son dəqiqə! Təhsil naziri mühüm əmr imzaladı

Son dəqiqə! Təhsil naziri mühüm əmr imzaladı
29.05.2020 01:27
Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

Anews.az APA-ya istinadən bildirir ki, əmrdə deyilir:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törətə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-a qədər uzadılması nəzərə alınaraq 4-31 tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının 30 faizə (rəhbər şəxsləri və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsun. 
2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlər istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbiq edilməsin. 
3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:
3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın; 
3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;
3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.
4. Nazirliyin Aparatının struktur bölmə rəhbərliyi və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumların səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşlarının siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə ([email protected]) təqdim etsinlər. 
5. Maliyyə Şöbəsinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin. 
6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin. 
7. İnsan Resursları Şöbəsinə tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.
8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər. 
9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın: 
9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;
9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;
9.3. əməkdaşların və onların üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmasl dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;
9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;
9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun. 
10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.
11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və [email protected] elektron poçt ünvanı vasitəsilə təmin edilsin.
12. İnformasiya şöbəsi bu əmrin aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.
13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol