• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının bu addımı gülüş hədəfinə çevrildi - FOTO

İcra başçısının bu addımı gülüş hədəfinə çevrildi - FOTO
06.05.2020 09:30
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə müşavirə keçirib.
 
Pravda.az-ın xəbərinə görə, müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusiə yaşı 65-dən yuxarı olan şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, şəxsi gigenik qaydalara əməl edilməsi, əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verilib. Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə, təsərrüfat işləri ilə əlaqədar fermerlərə hərəkət barədə arayışların verilməsinə toxunan rayon rəhbəri, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə toxunan rayon rəhbəri təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid, çuğundur səpini, barama saxlanılması vəziyyəti barədə məlumatları dinləyib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələrə və digər aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
 
Qeyd: İcra başçısının və digərlərinin videobağlantıya bağlantıya maska ilə qatılması gülüş hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada video-konfransın keçirilməsi gülüncdür. Deyilənlərə münasibət öyrənmək üçün rayon icra hakimiyyəti ilə əlaqə saxlanılsa da, cavab verən olmayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol