Təhsil naziri inklüziv təhsillə bağlı əmr imzaladı

2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Təhsil naziri əmr imzalayıb.
Anews.az xəbər verir ki, əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) aşağıdakılar tapşırılıb:
Pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qruplarının təşkil olunmasını təmin etmək;
Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini təmin etmək;
Məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etmək;
İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























