Baş Prokurorluqdan DTX-nin Sərhəd Xidmətindəki əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
E.Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq keçirilən əməliyyatı təsdiqləyib.
O bildirib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Araşdırmalar davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























