• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan Karl Bildtə rəsmi cavab

Rəsmi Bakıdan Karl Bildtə rəsmi cavab
17.07.2014 16:55
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda Atlantik Şurada Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb. APA-nın məlumatına görə, N. Məmmədov müasir beynəlxalq aləmdə belə siyasətçilərin  az olmadığını deyib: “Çox təəssüflər olsun ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr, hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar. Bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir. Çünki onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar sadəcə tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər”. N. Məmmədov K. Bildtin də belələrindən olduğunu bildirib: “O da Füle kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Qonşuluqdan sonra, Şərq Tərəfdaşlığında 3-cü sırada yerləşdirmişdi? Azərbaycanla bağlı isə Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər. Birincisi, qeyd edək ki, o bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları “Wikileaks”in materiallarına girmək imkanı olan “Ekspressen” qəzeti bir-neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: “Bildtin İsveç qanunlarına zidd olaraq Amerika Administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var”. İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də, tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitivdir, həqiqətdən uzaqdır. Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün, iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən, bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir. Nəhayət Karl Bildt bilməlidir ki, bu gün beynəlxalq aləmdə ən mühüm dəyər ədalətdir. Ədalət olmasa, bütün digər universal dəyərlərin, heç bir mənası yoxdur. Dünyada hər şey ədalət prinsipi pozulanda, qərəzli olanda baş verir. Çexiyanın xarici işlər naziri cənab Şvartsenberq (onun da adı Karldır) də, bir müddət əvvəl Azərbaycanla bağlı qərəzli, əsaslandırılmamış mövqe bildirməkdən çəkinmirdi. Lakin çox çəkmədi ki, Şvartsenberq belə bəyanat və fikirlərinə görə postunu itirdi. Oxşar situasiyaya Karl Bildtin də düşəcəyini istisna etmək olmaz”. Qeyd edək ki, İsveçin xarici işlər naziri Karl Bild Atlantik Şuranın Vaşinqtonda keçirilən toplantısında Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu deyib.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol