Elmir Vəlizadənin sədrliyi ilə Onlayn “B2G Forum” keçirildi

"Caspian European Club”ın
təşkilatçılığı ilə onlayn "B2G Forum” keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutmuş
forumda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları, eyni zamanda
nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin
nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində
"COVİD-19” koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin
problemləri müzakirə olunub. Pandemiyanın istər informasiya-kommunikasiya
texnologiyaları, istərsə də nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini
azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.
Nazir müavini Elmir Vəlizadə
çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına
çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib. Eyni zamanda söyləyib ki, bu
dövr çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom”
MMC-nin "Azcloud” bulud infrastrukturu sayəsində "Servis olaraq
videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə
başlanılıb. "Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı
olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz
videotoplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail
ola bilər. "AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin
düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr
olunmuş beynəlxalq videokonfranslarda davamlı və keyfiyyətli canlı bağlantı
yaradılır, bulud texnologiyaları əsasında görüş keçirilir”. Onun sözlərinə görə, Azərbaycanda
İKT sektorunun ölkə iqtisadiyyatında rolu istənilən şəraitdə, eləcə də
pandemiya dövründə çox önəmlidir.
Videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də iştirak ediblər.
"Caspian European Club”un sədri Telman Əliyev üzv
şirkətlərin top-menecerləri adından açıq müzakirələrə görə Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























