Nazir işə çıxmır? - Rəsmi AÇIQLAMA

Bir neçə gündür sosial şəbəkələrdə mədəniyyət naziri Əbülfəz Qarayevin işə çıxmaması, səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.
İntiqam Hümbətov Əbülfəz Qarayev haqqında yazılanların həqiqəti əks etdirmədiyini söyləyib və əlavə edib ki, nazir iş başındadır.
Daha sonra İntiqam Hümbətov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nazirlikdə keçirdiyi əməliyyatla bağlı sualları cavablandırmaq istəməyib. Xüsusi ilə də əməliyyat zamanı özünün saxlanılması haqda danışmaq istəməyib.
Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.
İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























