• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məmurlarla bağlı deputatdan MÜHÜM TƏKLİF

Keçmiş məmurlarla bağlı deputatdan MÜHÜM TƏKLİF
28.05.2020 23:28
Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla, köklü kadr dəyişiklikləri həyata keçirilib.
 
Bu, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir. Əlbəttə, biz hamımız keçmiş MTN və onun r yüksək rütbəli cinayətkar rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə sirləri təkcə təhülkəsizlik orqanları qorumalı deyil.

Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat fikrini davam etdirərək bildirib ki, indi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırki məsuliyyətindən bəhs etmək daha önəmlidir: "Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsiziyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir.
 
Dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir -istər vəzifədə ol, istərsə də olma. Doğrudur, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib. Xüsusilə "Wikileaks" hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi, xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı”.

Z. Oruca görə, müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirləri qorumadan milli mənafeləri təmin etmək mümkün deyil:
 
"Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və cəsus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərrası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirdiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı Qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik. Bir çox ölkələrdə müharibə şəraitinə görə sirlərə çıxış məhdulanıb, sərtləşdirilib, 3 qat əlçatanlıq sistemi tətbiq olunub. Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir, hətta deyərdik ki, məsuliyyətsizcəsinə yanılır. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı.
 
İkincisi, "Dövlət sirri haqqında" Qanunun qəbulundan 15 il keçib və onu daha da təkmiləşdirməyə ehtiyac vardır. Üçüncüsü 10 mart tarixində prezident parlamentdən yeni informasiya təhülkəsiziliyi haqqında konsepsiya gözlədiyini bəyan etdi. Təklif edirik ki, qısa müddətdə onu hazırlayıb qəbul etməliyik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol